AZ

Bakıda qadın aliment ödəməyən keçmiş ərini yaba ilə döydü

Bakıda boşanmış qadın aliment ödəməyən keçmiş ərini döyüb.

 

Sfera.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu, Zirə qəsəbəsindəki fərdi yaşayış evlərindən birinin həyətində baş verib.

 

2006-cı ildə ailə həyatı quran Rasim və Natiqə bir müddət normal həyat tərzi sürsələr də, sonradan aralarında tez-tez mübahisə yaranıb. Nəticədə 2020-ci ildə cütlük boşanmağa qərar verib. Onlar məhkəmə yolu ilə boşansalar da, hakim onların bir evdə yaşamasına qərar verib.

 

Boşanmadan sonra keçmiş ər-arvad arasında yenə alimentə görə mübahisələr olurmuş.

 

Sonuncu dəfə isə mübahisə Rasimin xəsarət alması ilə nəticələnib.

 

Belə ki, səhər saatlarında Rasim kiçik oğlunu bərbərə aparmaq istəyərkən Natiqə yenidən Rasimlə mübahisə edib və ondan aliment tələb edib. Nəticədə Natiqə həyətdəki ot yığmaq üçün istifadə olunan yabanı götürərək Rasimə hücum edib. O, Rasimə baş və kürək nahiyəsindən xəsarətlər yetirib.

 

Hadisə yerinə polis gəlib və araşdırmalar başlanıb. Faktla bağlı cinayət işi başlanaraq iş məhkəməyə göndərilib.

 

Məhkəmə istintaqı dövründə tərəflər arasında barışıq elan olunduğu üçün işə xitam verilib və qadın məsuliyyətdən azad edilib.

Seçilən
13
30
sfera.az

10Mənbələr