AZ

Abşeronda güclü külək, bölgələrdə yağış...

Bu gün Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat verib.

Bildirilib ki, havanın temperaturu gecə 19-21, gündüz 24-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 759 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın əsasən dağlıq və dağətəyi rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 19-22, gündüz 28-32, dağlarda gecə 6-10, gündüz 13-18 dərəcə isti olacaq.

XQ

Seçilən
1
50
xalqqazeti.az

10Mənbələr