AZ

Vitse-prezident Bədəlov Moskvada ölü tapıldı

"Transneft" şirkətinin vitse-prezidenti Andrey Bədəlov Moskvada ölü tapılıb.

“Bakuinfo” xəbər verir ki, bu barədə Rusiyanın "Mash" Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, o, bu gün səhər saatlarında Rublevskoye şosesində yaşadığı mənzilin pəncərəsindən yıxılaraq ölüb.

İlkin məlumata görə, A.Bədəlovun ürəyində problemlər olub. Onun cansız bədənini yaşadığı binanın nəzarətçisi aşkar edib. O, A.Bədəlovun üzərindən holter cihazı (holterdən ürək ritminin və ürək döyünmələrinin tezliyini ölçmək üçün istifadə edilir) aşkar edilib.

Bildirilib ki, hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları insidentin təfərrüatlarını araşdırırlar.

Qeyd edək ki, A.Bədəlov 2021-ci ildən "Transneft"in vitse-prezidenti vəzifəsini tuturdu, o burada strateji əhəmiyyətli rəqəmsal transformasiya və şirkətin istehsal, biznes fəaliyyətinin avtomatlaşdırılması sahəsinə cavabdeh olub. Qeyd olunur ki, onun rəhbərliyi altında bir sıra innovativ layihələr həyata keçirilib ki, bu da ölkənin ən böyük neft nəqli sisteminin işini optimallaşdırmağa imkan verib.

Seçilən
2
25
bakuinfo.net

10Mənbələr