
“Ədalətli Rusiya - Həqiqət naminə” partiyasının lideri, Duma fraksiyasının rəhbəri Sergey Mironov baş prokuror İqor Krasnova diaspora və onlara bağlı strukturların, o cümlədən Moskvanın ən iri “Sadovod” və “Food City” bazarlarının yoxlanılması xahişi ilə müraciət göndərib.
Reyting.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
“Sizdən xahiş edirəm, Rusiya Federasiyasının bütün subyektlərində Azərbaycan diasporlarının və onlara bağlı strukturların fəaliyyətinin, o cümlədən onlara məxsus müəssisə və təşkilatların mövcud qanunvericiliyə uyğunluğu, o cümlədən “Sadovod” (Moskva), “Food” ticarət mərkəzlərinin fəaliyyəti ilə bağlı hərtərəfli yoxlama aparasınız”,- müraciətdə qeyd edilib.
Məlumat üçün bildirək ki, son günlər Moskvanın təzyiqləri səbəbindən Azərbaycan-Rusiya münasibətlərində gərginlik yaşanır. Bir sıra Rusiya nümayəndələri Azərbaycana qarşı əsassız çıxışlar edirlər.
E. KAMAL