AZ

Putin və Trampın növbəti telefon danışığı

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla telefon danışığında Moskvanın Kiyevlə danışıqlar prosesini davam etdirməyə hazır olduğunu qeyd edib.

Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov ABŞ və Rusiya liderləri arasında telefon danışığından sonra məlumat verib. Şərhin mətnini Kremlin mətbuat xidməti təqdim edir.

Uşakovun sözlərinə görə, söhbət təxminən bir saat davam edib, Tramp Administrasiyanın vergi, immiqrasiya və enerji islahatları ilə bağlı qanun layihəsinin ABŞ Konqresində uğurla qəbul edilməsi barədə məlumat verməklə başlayıb. 

Rusiya liderinin köməkçisi bildirib ki, Putin həmkarına planlaşdırılan islahatların həyata keçirilməsində uğurlar arzulayıb və onu ABŞ-ın milli bayramı, sabah qeyd olunacaq Müstəqillik Günü münasibətilə təbrik edib. “Bizim tərəfimizdən qeyd olundu ki, Rusiya Amerika dövlətçiliyinin formalaşmasında, o cümlədən 250 il bundan əvvəl Müstəqillik Müharibəsi zamanı, daha sonra isə 160 il əvvəl başa çatan Vətəndaş Müharibəsi dövründə mühüm rol oynamışdır. Bildirilmişdir ki, ölkələrimiz təkcə Birinci və İkinci Dünya müharibələrində müttəfiqlikləri ilə deyil, həm də daha dərin tarixi köklərdən qaynaqlanır".

Yuri Uşakovun sözlərinə görə, Putin qeyd edib ki, Donald Trampla söhbətindən əvvəl o, Rusiyanın işgüzar dairələrinin nümayəndələri ilə söhbət edib. 

Uşakovun sözlərinə görə, İran ətrafında və bütövlükdə Yaxın Şərqdəki vəziyyət çox ətraflı müzakirə olunub. Rusiya tərəfi bütün mübahisəli məsələlərin, fikir ayrılıqlarının və münaqişəli vəziyyətlərin müstəsna olaraq siyasi və diplomatik vasitələrlə həllinin vacibliyini vurğuladı. Bu məsələ ilə bağlı xarici siyasət idarələri, müdafiə nazirlikləri və prezidentin köməkçiləri arasında əlaqələrin davam etdirilməsi razılaşdırılıb.

Rusiya prezidentinin köməkçisi bildirib ki, telefon danışığı zamanı Rusiya Federasiyası və ABŞ liderləri Suriyadakı son hadisələrə toxunublar və bu sahədə dialoqu davam etdirəcəklər.

Ukrayna məsələsinin müzakirəsi zamanı Tramp hərbi əməliyyatların tezliklə dayandırılmasını yenidən gündəmə gətirib. Vladimir Putin qeyd edib ki, münaqişənin siyasi danışıqlar yolu ilə həllini axtarır. Moskva öz məqsədlərinə, qarşıdurmaya səbəb olan ilkin səbəblərin aradan qaldırılmasına nail olacaq. “Rusiya bu məqsədlərindən geri çəkilməyəcək”.

P.ƏMİRCANOV
XQ

Seçilən
6
21
xalqqazeti.az

10Mənbələr