AZ

Ceyhun Bayramov Türkmənistanın xarici işlər naziri ilə görüşdü - FOTO

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Türkmənistan Nazirlər kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ilə görüşüb.
 
Bu barədə Moderator.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
 
Görüş zamanı Azərbaycan və Türkmənistan arasında yüksək səviyyəli qarşılıqlı səfərlər və təmasların ikitərəfli əlaqələrimizin daha da inkişafında rolu və əhəmiyyətindən bəhs olunub.
 
Regional təhlükəsizlik məsələləri, beynəlxalq təşkilatlar çərçivəsində, habelə Xəzər dənizi üzrə əməkdaşlıq mövzuları müzakirə olunub.
 
İqtisadiyyat, ticarət, energetika, nəqliyyat, humanitar və mədəniyyət sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanlarına dair fikir mübadiləsi aparılıb.
 
Xalqlarımız arasında tarixən mövcud olan ənənəvi dostluq və qardaşlıq əlaqələrinin bundan sonra Azərbaycan ilə Türkmənistan arasında tərəfdaşlıq münasibətləri zəminində daha da inkişaf edəcəyinə dair həmfikirlik ifadə olunub.
 
Görüş zamanı, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Seçilən
0
50
moderator.az

10Mənbələr