AZ

Bərpa işlərinə dəstək yüksək qiymətləndirilib

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Xankəndi şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə toplantısı çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Lana Zaki Anvar Zaki Nusseibeh ilə görüşüb.

Bu barədə XİN-dən məlumat verilib.

Alternativ enerji sahəsindəki uğurlu müştərək layihələrdən bəhs olunub və bu sahədə əldə edilən nəticələr yüksək qiymətləndirilib.

Nazir Ceyhun Bayramov işğaldan azad olunmuş ərazilərimizdə aparılan bərpa-yenidənqurma işləri, keçmiş məcburi köçkünlərin yurdlarına qayıdışı və bu proseslərə ciddi təhdid törədən mina təhlükəsi barədə qarşı tərəfə ətraflı məlumat verib.

BƏƏ-nin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində humanitar mina təmizləmə və bərpa işlərində göstərdiyi dəstək yüksək qiymətləndirilib.

Görüşdə həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər barədə fikir mübadiləsi aparılıb.

"Cebheinfo.az" 

 

Seçilən
5
15
cebheinfo.az

10Mənbələr