AZ

Ağ Evdə UFC döyüşü keçiriləcək

ABŞ prezidenti Donald Tramp Ağ Ev ərazisində UFC döyüşünün keçiriləcəyini bəyan edib...

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ lideri Ayova ştatında Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250-ci ildönümünə həsr olunan tədbirdə çıxışı zamanı bildlrib.

O, çıxışında UFC prezidenti Dana Uaytın da adını çəkib: "Biz UFC döyüşünü Ağ Evin ərazisində keçirəcəyik. Orada yerimiz çoxdur".

Onun sözlərinə görə, söhbət 20-25 min tamaşaçının iştirakı ilə keçiriləcək çempion adı uğrunda döyüşdən gedir.

Tramp döyüşün tarixini və iştirakçıların adını dəqiqləşdirməyib.

Ağ Evin mətbuat katibi Karolayn Lyuittin sözlərinə görə, prezident "bu məsələdə ciddidir".

Poliqon.info

Seçilən
25
18
poliqon.info

10Mənbələr