AZ

Tramp və Zelenski bu məsələləri müzakirə edəcək - Tarix açıqlandı

Vaşinqtonun Ukraynaya bəzi mühüm silahların tədarükünü qəfil dayandırmaq qərarı ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Vladimir Zelenski arasında iyulun 5-də baş tutacaq telefon danışığının əsas müzakirə mövzularından biri olacaq.


Manset.az xəbər verir ki, bu barədə məsələ ilə tanış mənbələrə istinadən "Financial Times" məlumat yayıb.

Məlumata görə, Zelenskinin danışıqlar zamanı gələcək silah tədarükü məsələsini də gündəmə gətirməsi planlaşdırılır.

Ukrayna tərəfi Pentaqonun bəzi qabaqcıl silah sistemlərinin göndərilməsini dayandırması ilə bağlı qərar barədə məlumat aldıqdan sonra, çərşənbə günü ABŞ Dövlət Departamentinin yüksək vəzifəli diplomatını Kiyevə dəvət edib.

Xatırladaq ki, ötən həftə keçirilən NATO sammiti çərçivəsində ABŞ rəsmiləri ilə təmaslar zamanı prezident Zelenski ölkəsinə əlavə "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsi üçün ciddi diplomatik səylər göstərmişdi.

Seçilən
4
38
manset.az

10Mənbələr