AZ

ÜST-dən ÇAĞIRIŞ: Spirtli içkilərin, tütün məmulatlarının qiyməti ARTIRILSIN

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ölkələrə sağlamlıq vergilərinin tətbiqi vasitəsilə spirtli içkilərin, tütün məmulatlarının və şəkərli qazlı içkilərin qiymətini 2035-ci ilə qədər ən azı 50% artırmağı tövsiyə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə ÜST-ün Mətbuat Xidməti məlumat yayıb.

Təşkilatın ekspertləri hesab edirlər ki, belə addım qeyri-infeksion xəstəliklərin (QİX) yayılmasının qarşısını almağa və dövlətlərə əlavə büdcə gəliri qazandırmağa kömək edəcək. QİX-lərə, xüsusilə ürək-damar xəstəlikləri, xərçəng və diabet kimi patologiyalar daxildir və bu xəstəliklər dünya üzrə ölüm hallarının 75%-dən çoxuna səbəb olur.

ÜST-nün hesablamalarına əsasən, sözügedən məhsulların qiymətinin birdəfəlik 50% artırılması növbəti 50 il ərzində təxminən 50 milyon erkən ölümün qarşısını ala bilər.

Təşkilatın məqsədi sağlamlıq vergiləri vasitəsilə önümüzdəki on il ərzində 1 trilyon dollara qədər vəsait toplamaqdır. Qeyd olunub ki, artıq 2012–2022-ci illər ərzində 140-a yaxın ölkə tütün məhsullarına aksiz vergilərini artırıb və bu, qiymətlərdə 50%-dən çox artıma səbəb olub.

ÜST ölkələri bu təcrübəni digər zərərli məhsullara da tətbiq etməyə çağırır.

Seçilən
8
3
bakivaxti.az

10Mənbələr