AZ

Ukrayna və ABŞ-nin “Swift Beat” şirkəti yüz minlərlə dron tədarük ediləcək

Bakı. Trend:

Ukrayna və ABŞ-nin “Swift Beat” şirkəti pilotsuz uçuşaparatlarının (PUA) istehsalının genişləndirilməsinə dairMemorandum imzalayıb.

Trend xəbər verirki, sənəd Ukraynanın müdafiə naziri Rustem Umerov və “Swift Beat”şirkətinin baş direktoru Erik Şmidt tərəfindən, Prezident VolodimirZelenskinin iştirakı ilə Danimarkada imzalanıb.

Memorandum çərçivəsində Ukrayna Silahlı Qüvvələri (USQ) Rusiyaraketləri və dronlarını məhv etmək üçün nəzərdə tutulmuş pilotsuzvasitələrlə təchiz olunacaq. Əməkdaşlıq nəticəsində bu il ərzindəyüz minlərlə dronun Ukraynaya tədarükü planlaşdırılır, 2026-cı ildəisə bu göstəricinin daha da artırılması gözlənilir.

“Swift Beat” şirkəti Ukrayna ordusu üçün müxtəlif tip PUA-laristehsal edəcək. Bunlara zərbə və kəşfiyyat dronları,kvadrokopterlər, müşahidə və atəşin koordinasiyası üçün vasitələr,eləcə də düşmən hədəflərinə qarşı istifadə ediləcək ortasəviyyəlizərbə dronları daxildir.

Bundan əlavə, qanadlı və ballistik raketlərin tutulması üçünxüsusi dronlar, avtomatik müdafiə qüllələri və kəşfiyyatplatformaları kimi innovativ texnologiyaların hazırlanması daplanlaşdırılır.

Ukraynanın müdafiə naziri Rustem Umerov qeyd edib ki, bu gündronların kütləvi tətbiqi müharibənin əsas xüsusiyyətlərindənbirinə çevrilib: "İnsanları, şəhərləri və kritik infrastrukturuqorumaq üçün dron arsenalını gücləndiririk. Hərbi bölmələrimizinhər biri müasir kəşfiyyat və zərbə vasitələri ilə təchizolunacaq."

Seçilən
32
50
az.trend.az

10Mənbələr