AZ

Bu dərmanları içməzdən əvvəl iki dəfə düşünün - Vacib xəbərdarlıq

Bəzi dərmanların və tibbi prosedurların böyrəklərə "zəhərli" təsir göstərə biləcəyi açıqlanıb. Nefroloq mütəxəssis Dos. Dr. Nadir Alpay xəbərdarlıq edir ki, ağrıkəsicilər, antibiotiklər, kontrast maddələr və bəzi təzyiq dərmanları böyrəklər üçün təhlükə yarada bilər. Bu dərmanlar qrupuna "nefrotoksik dördlük" adı verilir.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Dr. Alpay bildirir ki, xüsusilə yaşlılar, diabet xəstələri, böyrək xəstələri və risk qrupunda olanlar bu dərmanları qəbul edərkən diqqətli olmalıdırlar. Ağrıkəsicilər arasında xüsusilə NSAİİ qrupuna aid olan, kortizonsuz preparatların tez-tez istifadəsi böyrəklər üçün təhlükəlidir:

"Bu dərmanların zərərli təsiri üçün bəzən tək bir doza da kifayət edir. Alternativ olaraq parasetamol qrupuna aid ağrıkəsicilər böyrəklərə zərər vermir" .

Alpay onu da vurğulayır ki, fiziki terapiya üçün ortopedik klinikalara müraciət edən bir çox xəstəyə bu dərmanlar təyin edilir. Lakin xəstənin böyrək funksiyaları yoxlanmadan bu preparatların istifadəsi təhlükəli ola bilər.

NSAİİ preparatlarının mədə turşusunu artıraraq qastrit və ya xora kimi problemləri də şiddətləndirə bildiyi bildirilib. Böyrəklərə isə bu dərmanlar qan dövranını zəiflədərək zərər verir, çünki böyrəklər bədənin ən çox qan alan orqanlarından biridir.

Maqnit rezonans tomoqrafiya (MRT), kompüter tomoqrafiyası (KT) və angioqrafiya zamanı istifadə olunan yod əsaslı kontrast maddələr böyrəklər üçün zəhərli ola bilər. Alpay bildirir ki, bu maddələr bədəndən böyrəklər vasitəsilə süzülür və kanallarda yığılaraq zədələnməyə səbəb ola bilər.

"Həkimlər xəstənin böyrək analizlərini yoxlamadan bu görüntüləmə üsullarını dərmanlı şəkildə tətbiq etməməlidirlər. Mümkünsə dərmansız üsullara üstünlük verilməlidir" .

Seçilən
3
50
day.az

10Mənbələr