AZ

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

Oxu.az saytına istinadən ain.az xəbər verir.

"Bizim ana dilimizdə təhsillə bağlı problemimiz var. Bunu danmaq düzgün deyil. İran Azərbaycanında özünü türk adlandıranlara xor baxmaq olmaz. Bu insanların ana dili türkcədir, etnik mənsubiyyəti türkdür".

Oxu.Az "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

"Özlərinə başqa heç nə deyə bilməzlər, uydurma adlar isə qəbuledilməzdir. Onların ana dilində təhsili İranın həm milli, həm də beynəlxalq öhdəliyidir. İranın ayrılmaz bir parçası olan milyonlarla türkün ana dili olduğu üçün türkcə təhsil məsələsinə xüsusi yanaşmalıyıq.

Şəhriyarın danışdığı və yazdığı dil türkcədir, bu dildə şeir deyəndə əsəbiləşmək məntiqsizdir. Şəhriyar İran tarixinin ən parlaq simasıdır.

Ümumiyyətlə, türk, ərəb və bütün digər dillər İranın ayrılmaz sərvətidir. Son 12 günlük müharibə göstərdi ki, İranın milli sərvəti onun milli birliyidir. Ona görə də xalqın özünüifadəsi onun təbii haqqıdır", - deyə o vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
16
8
oxu.az

10Mənbələr