AZ

Tramp ABŞ İran danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

ABŞ prezidenti Donald Tramp zərurət yaranarsa, ABŞ-İran danışıqlarında iştirak etməyə hazır olduğunu bildirib və əmin edib ki, Vaşinqton Tehrana daha çox ziyan vurmaq niyyətində deyil.

APA xəbər verir ki, bu haqda ABŞ prezidenti Donald Tramp Endrüs bazasında açıqlama verib.

"İran danışmaq istəyir. Düşünürəm ki, onlar mənimlə danışmaq istəyirlər və bunun vaxtı çatıb. Düşünürəm ki, onlar görüşmək istəyirlər. Yəni, onların görüşmək istədiklərini bilirəm. Lazım gələrsə, bunu edəcəyəm. Stiv Uitkoff hazırda İranla danışıqlarda iştirak edir.", - Tramp bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
50
apa.az

10Mənbələr