AZ

“Qəbələ” futbolçusu ilə 3 illik müqavilə bağladı – RƏSMİ 

Yeni mövsümün hazırlığını davam etdirən “Qəbələ” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az-ın məlumatına görə, 19 yaşlı qanalı sol cinah vingeri Prins Ovusu “qırmızı-qaralar”a qoşulub. O, ötən mövsümdə “Qəbələ”nin U-19 komandasının formasını geyinib. Ovusu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Prins ötən mövsüm U-19 Liqasının gümüş mükafatçısı olub. O, keçirdiyi 14 oyunda 11 qol və 5 assistə imza atıb.

Seçilən
7
19
idmanxeber.az

10Mənbələr