AZ

Ermənistan silahlı qüvvələrinin əsir və girov götürdükləri azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənilib

Bakı. Trend:

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülhvə insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədəntəcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı,müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onuzorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdətəqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları ArayikHarutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, DavidBabayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayətişləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 3-də davametdirilib.

Trend xəbər verirki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə,Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakimGünel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilənşəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələriüçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri vənümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlariştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmişşəxslərə işə baxan hakimlər kollegiyasını, dövlət ittihamınımüdafiə edən prokurorları, tərcüməçiləri və s. təqdim edib, habeləonların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.

Məhkəmə prosesində Azərbaycanın vaxtilə Ermənistan silahlıqüvvələrinin işğalı altında olan ərazilərində əsir və girovgötürülmüş, habelə Ermənistan hərbçilərinin açdıqları atəşnəticəsində yaralanmış və digər zərərlər görmüş şəxslər ifadəveriblər.

Zərərçəkmiş şəxs Mobil Əhmədzadə bildirib ki, 2020-ci ilnoyabrın 8-də Ermənistan silahlı qüvvələrinin tankından atılanmərminin onun yanına düşüb partlaması nəticəsində sağ və solayaqlarından ağır qəlpə yaraları alaraq huşunu itirib. Beş günərzində meşəlikdə qalıb, noyabrın 13-də ayılanda “Qazel” markalıavtomobilin kabinə hissəsində xərək üzərinə uzadıldığını, yanındaisə hərbi geyimdə tanımadığı bir şəxsin olduğunu görüb içmək üçünAzərbaycan dilində su istəyib, lakin həmin şəxs təpiklə onun başnahiyəsindən vuraraq su verməyib. Həmin hərəkətdən sonra o,ermənilər tərəfindən əsir götürüldüyünü anlayıb. Sonra huşunuyenidən itirib və ayılanda hər iki əlinin iplərlə çarpayıyabərkidildiyini, sağ ayağının bud hissədən kəsildiyini görüb.Zərərçəkmiş şəxs Ermənistanın paytaxtı İrəvan şəhərinə aparılıb.Əsir saxlanıldığı müddətdə bir neçə dəfə ona işgəncə verilib. O,Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin sualına cavabındabildirib ki, 2020-ci il dekabrın 14-də Azərbaycana təhvilverilib.

Zərərçəkmiş şəxs Fəzail Əsədov qeyd edib ki, 1992-ci il mayın7-də Şuşanın müdafiəsi zamanı Ermənistan silahlı qüvvələrininaçdığı atəş nəticəsində sağ bud nahiyəsindən güllə yarası alıb.Həmin vaxt onunla birlikdə şəhərin müdafiəsində iştirak edənHəsənov Əli və Daşdəmirov Elbrus həlak olub, Nasir və Qax RayonPolis Şöbəsinin əməkdaşı Əli isə itkin düşüb. Həmçinin Əli Rəsulov,Qazax rayonundan olan Əhməd və Polad isə bədənlərinin müxtəlifnahiyələrindən qəlpə yaraları alıblar.

Zərərçəkmiş şəxs Eldar Abdullayev 1993-cü ilin iyun-iyulaylarında Ağdərə rayonunda Ermənistan silahlı qüvvələrininhərbçiləri tərəfindən yaralı vəziyyətdə əsir götürüldüyünü deyib.O, əsir götürüləndə sağ qolundan, sol ayağından və sinəsindən gülləyarası xəsarətləri alıb və qanaxmadan huşunu itirib. Daha sonra onuXankəndi şəhərinə apararaq orada yerləşən uşaq xəstəxanasında1994-cü ilin mart ayının sonunadək, yəni, Azərbaycan tərəfinətəhvil verilənədək saxlayıblar. Bu dövr ərzində Ermənistanhərbçiləri tərəfindən azərbaycanlı əsirlərə qarşı törədilənağlasığmaz vəhşiliklərin şahidi olub. Zərərçəkmiş şəxs BaşProkurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbərəisi Nəsir Bayramovun sualına cavabında deyib ki, əsirlikdəsaxlanılan zaman hər gün müxtəlif təzyiqlərə və qeyri-insanirəftara məruz qalıb. Yaralı olmasına baxmayaraq, ona zəruri tibbiyardım belə göstərilməyib. Erməni nəzarətçilər və xəstəxanaya gələnerməni hərbçilər yaralı azərbaycanlı əsirləri mütəmadi olaraqavtomat silahının qundağı, rezin dəyənək və təpiklə döyüblər. O,çarpayıda olduğu halda ermənilər yaralarının olduğu nahiyələrəzərbələr vurub, bədəninə yanmış siqaret basıb, sağlam ayağına bıçaqbatırıblar.

Ermənilər, həmçinin azərbaycanlı əsir qadın və uşaqlarınqaldıqları palatalara soxularaq onları döyüb işgəncələr veriblər.Uşaq xəstəxanasında saxlanıldığı dövrdə o, bir nəfər yaralıazərbaycanlının döyülərək qətlə yetrilməsinin şahidi olub.

Dövlət ittihamçısı Fuad Musayevin suallarına cavabındazərərçəkmiş şəxs qeyd edib ki, oradakı ermənilərdən yalnızəsirlərin dəyişdirilməsi ilə məşğul olan Albert Voskanyanın adınıxatırlayır. A.Voskanyan onu şəxsən döyməsə də, onunla söhbət edibgetdikdən sonra erməni nəzarətçilərə ona işgəncə verilməsinə dairgöstəriş verib və bu göstəriş qəddarlıqla icra olunub.

Zərərçəkən Elnur Mehdiyev isə 6 ay erməni əsirliyində Xankəndidəsaxlanıldığını və verilmiş işgəncələr zamanı sağlamlığınıitirdiyini vurğulayıb. Qeyd edib ki, 2000-ci ilin fevralında əsirgötürüldükdən sonra erməni hərbçilər onu yumruq-təpik, avtomatsilahının qundağı ilə vəhşicəsinə döyüblər. Həmçinin onu iplədirəyə bağlayaraq gecədən səhərədək qarın üstündə ayaqyalınsaxlayıblar. Ayaqları şaxta vurduğu üçün donub və nəticədə solayağının bütün barmaqları amputasiya edilib. O, 2000-ci iliniyulunda Ermənistana aparılıb və orada təcridxanada saxlanılıb.Həmin il iyulun 18-də əsirlikdən azad edilərək Azərbaycana təhvilverilib.

Elnur Mehdiyev prokurorların suallarını cavablandırarkən əsirdüşəndən sonra müqavimət göstərmədiyini, məhz azərbaycanlı olduğunagörə işgəncələrə məruz qaldığını söyləyib.

Zərərçəkmiş İntiqam Məmmədov ifadəsində bildirib ki, o, 1992-ciildə döyüşlərdə iştirak edib. Füzuli rayonunun Aşağı Veysəlli kəndiyaxınlığında sağ ayağından güllə yarası alıb və qanaxmadan huşunuitirdikdən sonra Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb.Əsir götürüldükdən dərhal sonra Xocavənd rayonunda yerləşən birevin zirzəmisinə salınıb və həmin il dekabrın 10-dək - yəni,Azərbaycana təhvil verənədək orada saxlanılıb. Əsirlikdə qaldığı 35gün ərzində yaralı olmasına baxmayaraq, mütəmadi olaraq vəhşicəsinədöyülüb, ona ağır işgəncələr verilib. Zirzəmidə qaldığı ilk gün birnəfər yaşlı erməni yanına gələrək, heç bir söz demədən ona müxtəlifişgəncələr verib.

Zərərçəkmiş Şahruz Əliyev deyib ki, 1992-ci ilin fevralındaErmənistan silahlı qüvvələri onun yaşadığı Xocavəndin Qaradağlıkəndini tam mühasirəyə alıb, kənd sakinlərini əsir götürərəkXankəndiyə aparıblar. Yolda cavanların əksəriyyətini güllələyiblər.Əsirlikdə saxlandığı müddətdə Ermənistan hərbçiləri onu və digərəsirləri hər gün dəmir predmetlərlə döyüb, sonra isə şaxtalı havadahəyətə çıxarıb saatlarla qarın üstündə saxlayıblar. Döyülmə zamanıişgəncələrdən həyatını itirənlər olub. Zərərçəkən qeyd edib ki, 54gündən sonra əsirlikdən azad olunub. Ermənilər onun dayısı oğluHabil Zeynalovu və əmisi oğlu Xaliq Əliyevi isə qətlə yetiriblər.Qardaşı Vətən Əliyev də onunla birlikdə əsir götürülüb, ammaəsirlikdə bir-birilərindən ayrı saxlanmaları səbəbindən onunaqibəti barədə məlumatı yoxdur.

Zərərçəkmiş Xudayət Tağıyev diqqətə çatdırıb ki, Qaradağlıkəndindəki vəziyyətlə əlaqədar ondan başqa bütün ailə üzvlərikənddən çıxıblar. O qeyd edib ki, 1992-ci il fevralın 10-danbaşlayaraq kənd mühasirədə olub. Ermənistan silahlı qüvvələrininhərbçiləri kolxoz binasına daxil olub, kənd sakinlərini əsir alaraqbir sıraya düzüblər. Cavanlar bir avtomobilə, qadın və yaşlıkişilər isə digər avtomobilə mindirilib. Həmin vaxt Ermənistanhərbçiləri Eldar Dadaşova işgəncə verərək, onu döyüblər. Eldarıncan verdiyini görən Mamvel adlı erməni tapança ilə onu qətləyetirib. Bir qədər getdikdən sonra ermənilər Dəmir Hüseynovu vəFədail Hüseynovu avtomobildən yerə düşürərək qətlə yetiriblər.Ardınca isə Ermənistan hərbçiləri “Bəylik bağı” adlanan yerdəyenidən avtomobilləri saxlayaraq 30 nəfərdən çox kənd sakininiqətlə yetiriblər. Daha sonra digər girovları Xankəndi şəhərinəapararaq zirzəmiyə salıblar. Orada bir gün qaldıqdan sonra kəndsakinlərindən 20 nəfəri, eləcə də onu Xankəndi həbsxanasınaaparıblar. Bu müddət ərzində ermənilər onlara müxtəlif ağırişgəncələr verib, qeyri-insani rəftara məruz qoyublar. Martın 30-daonunla birlikdə 9 nəfər Ağdam rayonunun “Qarağac qəbiristanlığı”deyilən yerdə azad edilib Azərbaycana təhvil verilib.

Zərərçəkmiş şəxs Aydın Əhmədov 1991-ci il dekabrın 28-dəKərkicahan kəndində yaralı vəziyyətdə Ermənistan silahlıqüvvələrinin və keçmiş sovet ordusunun 366-cı alayının hərbçiləritərəfindən əsir götürülüb. Həmin vaxt onunla birlikdə bir neçənəfər də əsir götürülüb. Ermənilər onları əsir götürən kimibədənlərinin müxtəlif yerlərinə dəmir və taxta parçaları, avtomatsilahının qundağı ilə müxtəlif zərbələr endirib, döyə-döyəavtomobilə mindirib və Xankəndi şəhərində yerləşən xüsusi rejimlitəcridxanaya aparıblar. Orada ona ağır işgəncələr verilib, müxtəlifbərk predmetlərlə döyülüb.

Dövlət ittihamçısı Vüsal Abdullayevin sualını cavablandıranA.Əhmədov əsir götürülən zaman ayağından və başından qəlpə yarasıaldığını söyləyib. Ermənistan hərbçiləri onun yaralı olmasınabaxmayaraq, xəsarətlərin olduğu nahiyələrdən təpik və avtomatsilahının qundağı ilə zərbələr vurublar. Həbsxanada saxlanıldığıtəxminən 10-12 gün müddətində erməni nəzarətçilər gündə bir neçədəfə kameraya soxulub onu vəhşicəsinə döyüblər. Daha sonra onuSerjik adlı erməniyə pulla satıblar. Altı ay sonra isə o,Azərbaycan tərəfinə təhvil verilib.

Zərərçəkmiş Nizami İsmayılov ifadəsində söyləyib ki,Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzkar müharibə zamanızərər çəkib. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələriŞuşanı artilleriya ilə atəşə tutanda özü və anası yaralanıb. O qeydedib ki Ermənistanın apardığı təcavüzkar müharibə nəticəsindəsağlamlığını, yaxınlarını və ev-eşiyini itirib.

Zərərçəkmiş Hidayət Əsgərov qeyd edib ki, 1993-cü il dekabrın28-də Ağdam rayonu Ermənistan silahlı qüvvələri tərəfindən atəşətutulub və nəticədə o, ayaqlarından və sol əlindən güllə yarasıalaraq yerə yıxılıb. Ermənistan hərbçiləri onu əsir götürüb,yanında olan bir nəfəri isə qətlə yetiriblər. Hidayət Əsgərovifadəsində deyib ki, 1994-cü il noyabrın 28-dək Xankəndi şəhəriyaxınlığındakı hərbi hissənin hauptvaxtında, dekabrın 27-dək Şuşahəbsxanasında, 1995-ci il mayın 8-dək isə Xankəndi şəhər uşaqxəstəxanasında əsirlikdə saxlanılıb və həmin gün Azərbaycan tərəfəqaytarılıb. Bu müddət ərzində Armen, Samvel və adlarınıxatırlamadığı mülki və hərbi geyimli ermənilər tərəfindənyumruq-təpik, dəmir və rezin dəyənəklərlə mütəmadi olaraq döyülüb,ağır işgəncələrə məruz qalıb.

Zərərçəkmiş Aqil Quliyev ifadəsində vurğulayıb ki, 1992-ci ilinfevralında Qaradağlı kəndi işğal olunanda kənd sakinlərinə zülmverilib, mülki insanları diri-diri yandırılıb, evləri ağır texnikailə atəşə tutulub. Həmin vaxt o da hər iki ayağından güllə yarasıalıb. Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi TuqayRəhimlinin sualına cavabında A.Quliyev bildirib ki, bu müharibənəticəsində hər iki ayağından yaralanaraq o, sağlamlığını itirib,həmçinin Xocavənd rayonunun işğalı nəticəsində ona məxsus əmlakermənilər tərəfindən talan edilib.

Zərərçəkmiş şəxs Tahir Cəfərov 1992-ci mayın 18-də Laçını işğalızamanı Ermənistan hərbçiləri tərəfindən əsir götürüldüyünübildirib. O, Xankəndiyə aparılaraq iyulun ortalarınadək oradasaxlanılıb. Ardınca Xocalıya, sonra Xocavəndə, daha sonra isəErmənistan ərazisinə - Gorus rayonuna aparılıb. Həmin il avqustun13-də ermənilər tərəfindən Azərbaycana təhvil verilib. T.Cəlilov dadigərləri kimi əsirlikdə olduğu müddətdə işgəncələrə məruzqaldığını söyləyib və qeyd edib ki, həmin müddətdə gün ərzində onabir fincan su və kiçik bir parça quru çörək veriblər. O vəəsirlikdə olan digərlərinə məhz azərbaycanlı olduqları üçünişgəncələr verilib. Həmçinin Xankəndidə saxlanılan zaman kəlbətinlədişi dartılıb çıxarılıb.

Zərərçəkən Fikrət Aslanov da yaralı vəziyyətdə əsirgötürüldüyünü vurğulayıb. Deyib ki, o, Ermənistana aparılıb və 1 il9 ay orada təcridxanada saxlanılıb. Onunla yanaşı, digərazərbaycanlılar da əsir və girovluqda saxlanılıblar. Zərərçəkənifadəsində qeyd edib ki, İrəvanda saxlanıldıqları zaman əsirlərədəhşətli işgəncələr verilib. Onlar məcburi əməyə cəlb olunublar.Həmin vaxt bəzi əsirlər həyatlarını itirib. Öldürülən ikiazərbaycanlı İrəvanda qadın həbsxanasının həyətində basdırılıb.

Zərərçəkən Tacir İsmayılov ifadəsində söyləyib ki, 1992-ci ilfevralın 25-dən 26-na keçən gecə düşmən Xocalını dörd tərəfdənatəşə tutub. Həmin vaxt o, Xocalı Aeroportunda polis kimi xidmətgöstərib. Zərərçəkən deyib ki, Xocalı işğal olunarkən mülkisakinlərə çıxış üçün bir cığır belə verilməyib. Şəhər atəş altındamühasirədə olub. İşğaldan əvvəl də Xocalı dörd tərəfdən ağırtexnika ilə atəşə tutulub. Hücumlar zamanı əsasən mülki əhalihədəfə götürülüb. Ermənistan Xocalıda, Meşəlidə, Qaradağlıda mülkiəhaliyə divan tutmaqla azərbaycanlıların gözünü qorxutmaqistəyirdi. Dövlət ittihamçısı Təranə Məmmədovanın sualına cavabındaT.İsmayılov bildirib ki, bu müharibə nəticəsində 14 nəfər doğmasınıitirib. Xocalı işğal olunan zaman düşmən onun qardaşı Vidadiİsmayılovu da girov götürüb. Qardaşını döyərək hər iki qolunusındırıb, sonra isə adlarını xatırlamadığı digər iki Xocalı sakiniilə birlikdə güllələyiblər.

Zərərəçəkmiş Anar Məmmədov deyib ki, 1993-cü il sentyabrın 23-dəErmənistan silahlı qüvvələrinin atdığı mərminin partlamasınəticəsində sağ ayağından qəlpə xəsarət alıb, yaralı vəziyyətdəErmənistan hərbçiləri tərəfindən əsir götürülərək əvvəlcə Xocavəndrayon polis şöbəsində, sonra isə Xankəndi şəhər uşaq xəstəxanasındasaxlanılıb. Həmin xəstəxanada erməni nəzarətçilər tərəfindənmütəmadi olaraq amansızcasına döyülüb, işgəncələrə məruz qalıb.Taxta parçası ilə vurulan möhkəm zərbə nəticəsində kürəknahiyəsində sümüyü sınıb və uzun müddət gipsdə qalıb. 1995-ci iliyunun 8-də Ağdam rayonu ərazisində əsirlikdən azad edilib vəAzərbaycana qaytarılıb.

Zərərçəkənlər, həmçinin təqsirləndirilən şəxslərin, onlarınmüdafiəçilərinin və özlərinin nümayəndələrinin də suallarınıcavablandırıblar.

Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elanedilib.Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarınınvəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlıbirləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılıqaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki,şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyiəsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisindədaxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycanahərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan RobertSedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, SarkisyanVazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli,Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan ArşavirSurenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi,bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədənsözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkarmüharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına daircinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittihamedilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, QukasyanArkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni,Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan LevonHenrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan LevonRomiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori,Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası CinayətMəcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edənşəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə vəya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxaçıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdanməhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibəqanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanıbeynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbisoyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuzsahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğumaliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228(qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı,partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma,saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinətəhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimaixadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirməvə onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorladəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittihamolunurlar.

Seçilən
1
50
az.trend.az

10Mənbələr