AZ

“Araz-Naxçıvan”ın “Aris”lə oyunlarının təyinatları açıqlandı

UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində “Araz-Naxçıvan”ın Yunanıstan klubu “Aris”lə keçirəcəyi hər iki oyunu idarə edəcək hakimlər açıqlanıb.

Msport.az xəbər verir ki, UEFA Bakıdakı ilk görüşü Rumıniyadan, Salonikidəki cavab qarşılaşmasını isə Şotlandiyadan olan hakimlər briqadasına həvalə edib.

 

“Araz-Naxçıvan” – “Aris”

24 iyul. “Dalğa Arena”. Saat 20:00

Baş hakim: Andrey Çivulete

Baş hakimin köməkçiləri: Mirça Mixail Qriqoriu, Andrey Qabriel Konstantinesku

Dördüncü hakim: Radu Petresku

(Hakimlər briqadası Rumıniyadandır)

 

“Aris” – “Araz-Naxçıvan”

31 iyul. “Kleantis Vikelidis” stadionu. Saat 22:15

Baş hakim: David Dikinson

Baş hakimin köməkçiləri: Fransis Konnor, Conatan Bell

Dördüncü hakim: Rayan Li

(Hakimlər briqadası Şotlandiyadandır)

Seçilən
10
17
msport.az

10Mənbələr