AZ

Trampdan Zelenskiyə pis xəbər 

ABŞ prezidenti Donald Tramp administrasiyası Ukraynaya hərbi yardımı məhdudlaşdırıb. Qərarın bir hissəsi olaraq, Polşada anbarlarda saxlanılan çoxlu silah və sursatın daşınması müvəqqəti dayandırılıb.


Manset.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Bu çərçivədə Kiyevə çatdırılması planlaşdırılan onlarla Patriot hava hücumundan müdafiə raketi, minlərlə 155 mm-lik artilleriya mərmisi, 100-dən çox Hellfire raketi, 250 GMLRS raketi, Stinger və AIM tipli hava hücumundan müdafiə sursatları, eləcə də müxtəlif tank əleyhinə sistemlər göndərişdən çıxarılıb.

Vaşinqtonun bu addımı Pentaqonun hazırkı silah ehtiyatının azalması ilə əlaqədar müvəqqəti tədbir kimi qiymətləndirilir.

Seçilən
6
50
manset.az

10Mənbələr