Moskvanın “Spartak” klubu İtaliyanın “Milan”ın yarımmüdafiəçisi Yasin Adlini transfer etmək üçün danışıqlara başlayıb.
90deqiqe.Az-ın məlumatına görə, tərəflər arasında ilkin təmaslar bir neçə gün əvvəl qurulub və hazırda danışıqlar uğurla davam edir.
“Spartak”ın futbolçunun transferi üçün təxminən 18 milyon avro ödəməyə hazır olduğu bildirilir.
“Milan” rəhbərliyi yeni baş məşqçi Massimiliano Alleqrinin planlarına daxil olmayan Adlini 10 milyon avrodan daha aşağı məbləğə də buraxmağa açıqdır.
25 yaşlı fransalı yarımmüdafiəçi ötən mövsümü “Fiorentina” klubunda icarə əsasında keçirib. O, 35 oyunda 5 qol və 12 məhsuldar ötürmə ilə yadda qalıb.