AZ

Bagirinin Azərbaycan dilində danışığı Video

Axar.az saytından alınan məlumata görə, ain.az bildirir.

İsrailin hücumlarında öldürülən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Məhəmməd Bagirinin Azərbaycan dilində danışdığı video yayımlanıb.

Axar.az xəbər verir ki, bu barədə SEPAH-ın Teleqram kanalında paylaşım edib.

Videoda yüksək rütbəli iranlı hərbçi Azərbaycan dilində qısa çıxış edərək, Təbriz sakinlərinə və Azərbaycan türklərinə xoş sözlərini çatdırıb.

Qeyd edək ki, bu, İranın daxilində Azərbaycan dilinə qarşı illərlə davam edən repressiv siyasətlə ziddiyyət təşkil etdiyi bir vaxtda baş verib.

Xatırladaq ki, əslən azərbaycanlı olan general Məhəmməd Bagiri iyunun 13-də qızı ilə birlikdə İsrailin hücumu zamanı həlak olub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
8
50
axar.az

10Mənbələr