AZ

Ronaldu komanda yoldaşının ölümü ilə bağlı kədərli paylaşım edib

ain.az bildirir, Missiya.az saytına əsaslanaraq.

Ulduz futbolçu Kriştianu Ronaldu avtomobil qəzası nəticəsində həyatını itirən həmyerlisi, komanda yoldaşı Dioqu Jota haqqında paylaşım edib. Missiya.Az xəbər verir ki, 40 yaşlı hücumçu kədərini öz "Instagram" səhifəsində bölüşüb. "Bir neçə gün əvvəl biz səninlə yığmada birlikdə idik, bir neçə gün əvvəl sən özünə toy etmişdin. Həyat yoldaşına və övladlarına başsağlığı verirəm, bilirəm ki, sən həmişə onların yanında olacaqsan. Dioqu və Andre - rahat yatın. Biz hamımız sizin üçün çox darıxacağıq", - o qeyd edib. Xatırladaq ki, futbolçu Dioqu və Andre bu gün İspaniyada baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobildə yanaraq ölüblər.

Zərintac Mayisqızı 

Missiya.Az 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
50
missiya.az

10Mənbələr