AZ

“Dərhal istefa etməlidir” Tramp

ain.az, Azpolitika.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə Federal Ehtiyat Sisteminin (Fed) rəhbəri Cerom Pauelli tənqid edib.

Bu barədə "Truth" hesabından paylaşım edən Tramp Fed sədrini istefaya çağırıb.

O, Pauellin “çox gec” hərəkət etdiyini bildirib və “Dərhal istefa etməlidir”, -deyə paylaşımında qeyd edib.

Paylaşımda Tramp ABŞ Federal Mənzil Maliyyələşdirmə Agentliyinin direktoru Uilyam Pultenin Konqresə müraciət edərək Pauellin araşdırılmasını tələb etməsinə diqqət çəkib.

Pulte verdiyi yazılı açıqlamada Pauelli “siyasi qərəzlilik” və Senat dinləmələrində “yanıldıcı ifadələr verməkdə” günahlandıraraq, onun Konqres tərəfindən araşdırılmalı olduğunu bildirib. O, Pauellin 2,5 milyard dollarlıq Fed binası yenilənməsi ilə bağlı yalan danışdığını və bunun açıq şəkildə vəzifə səlahiyyətlərindən sui-istifadə olduğunu deyib.

Tramp daha öncə də Pauelli tez-tez tənqid edib və onu “faiz dərəcələrini endirməkdə gecikməkdə” ittiham edərək sərt ifadələr işlətmişdi. Hətta keçmiş prezident Fed rəhbərinə məktub göndərərək “yüz milyardlarla dollar itirilir” deyə xəbərdarlıq etmişdi. 

"AzPolitika.info"

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
50
azpolitika.info

10Mənbələr