AZ

İrana qarşı təhlükəli planı reallaşdırmaq istəyirlər

ain.az, Reyting.az saytına istinadən bildirir.

ABŞ Konqresinin həm demokrat, həm də respublikaçı üzvlərinin təqdim etdiyi son qanun layihəsi Yaxın Şərqdə çox müzakirə olunacaq.Reyting.az-ın məlumatına görə, bu qanun layihəsi səsvermədən keçərsə və ABŞ prezidenti Donald Tramp tərəfindən təsdiqlənərsə, ABŞ-nın İrandakı nüvə obyektlərinə zərbələr endirmək üçün istifadə etdiyi “B-2” bombardmançı təyyarələri İsrail ordusuna veriləcək.Qanun layihəsinə görə, ABŞ dünyadan gizli saxladığı və yalnız “fövqəladə əhəmiyyət kəsb edən” əməliyyatlar üçün istifadə olunan “B-2” bombardmançılarının bir qismini İsrailə çatdırmalıdır.Birgə yerləşdirmə avadanlıqdan istifadə və təlim kimi sahələri əhatə edəcək, lakin bu nəqliyyat vasitələrinə sahiblik və ya birbaşa nəzarət İsrailə verilməyəcək.Bununla belə, İsrail pilotları və mühəndisləri ABŞ-nın icazəsi ilə bu təyyarələrə qulluq edəcək və onları missiyalara göndərəcəklər.“Bunker Buster Aktı” adlanan qanun layihəsi Demokrat Josh Kothaymer və Respublikaçı Mike Lavler tərəfindən təklif edilib.Hər iki qanunverici qeyd edib ki, bu qanun layihəsi Trampa İranın nüvə silahı yaratmaq istiqamətində addımlar atacağı təqdirdə İsrailin hər ssenariyə hazır olmasını təmin etmək üçün addımlar atmaq səlahiyyəti verəcək.Mike Lavler deyib ki, qanun layihəsi prezidentə İsraili çəkindirici alətlər və təlimlərlə təchiz etmək səlahiyyəti verir və dünyanı daha təhlükəsiz edəcək.Onun həmkarı Josh Koothaymer yazılı açıqlamasında qeyd edib: “Terrorizmin ən böyük sponsoru və Amerikanın əzəli düşmənlərindən biri olan İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verilə bilməz. Buna görə də İrana qarşı hərbi əməliyyatlarımızı qətiyyətlə dəstəklədim. İran əsgərlərimiz də daxil olmaqla, çoxlu amerikalıları qətlə yetirib, həmçinin müttəfiqimiz İsrailə dəfələrlə hücum edib. İsrail İrandan özünü qoruya blməli və onun nüvə gücünə çevrilməsinə imkan verməməlidir”.Xatırladaq ki, ABŞ bu günə qədər heç bir ölkəyə “B-2” bombardmançıları verməyib. “Fox News” xəbər verir ki, 2024-cü ilə kimi ABŞ ordusunun inventarında 24 aktiv “B-2” təyyarəsi var.Qeyd edək ki, ABŞ bu yaxınlarda İranın Fordo, Natanz və İsfahandakı üç əsas nüvə obyektinə hücumlarda bu gizli təyyarələrdən və bunkerləri məhv edən bombalardan istifadə edib.E. KAMAL

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
27
50
reyting.az

10Mənbələr