AZ

ABŞ prezidenti bu kommunist ölkəsi ilə ticarət sazişi imzaladı

Tramp ABŞ-ın Vyetnamla ticarət müqaviləsi bağladığını açıqlayıb. Amerika prezidentinin sözlərinə görə, Vyetnamdan gələn mallara 20% vergi tutulacaq ki, bu da onun aprel ayında elan etdiyi 46% vergidən aşağıdır.

Publika.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Bildirilib ki, ABŞ və Vyetnam son dəqiqə danışıqlarından sonra Cənub-Şərqi Asiya ölkəsindən bir çox ixrac məhsuluna 20% rüsum tətbiq edən ticarət razılaşması əldə ediblər.

Qeyd olunur ki, Tramp üçüncü ölkələrdən hər hansı tranzit daşımalara isə 40 faiz vergi tutulacağını bildirib.

Onun sözlərinə görə, Vyetnam ABŞ-a daha çox bazara çıxış imkanı verəcək, çünki ABŞ-ın ölkəyə ixracı tarifsiz olacaq. Saziş ABŞ-ın iri mühərrikli avtomobil ixracatçılarına şamil edilir.

Seçilən
22
50
publika.az

10Mənbələr