Ermənistan parlamentində mübahisə olub.
Sitat.info Ermənistan KİV-ə istinadən xəbər verir ki, Baş nazir Nikol Paşinyanın keçmiş silahdaşı Ovik Aqazaryan Rusiyanı Ermənistanın təxribatlarına uymamağa çağırıb.
Ovik Aqazaryanın bu bəyanatı parlamentdə qarşıdurmaya səbəb olub.
Aqazaryan "Vətəndaş müqaviləsi"nin deputatı Tiqran Parsilyana butulka atıb.
Qeyd edək ki, bir müddət əvvəl Ovik Aqazaryan "Vətəndaş müqaviləsi"nin sıralarından xaric edilib.