“Növbədənkənar seçkilər mütləq olmalıdır. Bütün Ermənilərin katolikosunun növbədənkənar seçkiləri”,- Nikol Paşinyan yazıb.
Xatırladaq ki, EAK ilə Ermənistan hökuməti arasında münasibətlər Paşinyanın Qarabağın Azərbaycana məxsus olması ilə bağlı bəyanatlarından sonra pisləşib. Kaolikos II QareginPaşinyanın istefasını tələb edib. Mayın sonundan bəri mütəmadi şəklidə katolikosu və arxiyepiskopları tənqid atəşinə tutan baş nazir onların subaylıq andını pozduqlarını əsas gətirərək, kilsəni tərk etmələri tələbini qoyub.
![]() |
Şirak yeparxiyasında axtarışlar gedir| VİDEO |
“Müqəddəs mübarizə” maxalif hərəkatının lideri Baqrat Qalstanyan 2024-cü ildə Azərbaycanla sərhədlərin delimitasiyası məsələsində Paşinyanın siyasətinə qarşı İrəvanda etiraz aksiyaları keçirmişdi.
Sahil İsgəndərov
AzVision.az