AZ

Adil Kərimli mənə dedi: Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən ?


Əməkdar artist: "Adil Kərimli mənə dedi ki, artıq heç kəsə fəxri ad verilmir"

"Xalq artisti adını artıq gözləsəm də vaxtı keçib. Onu mən çox-çox əvvəllər almalı idim".

NUH.az   xəbər verir ki, bunu APA-ya müsahibəsində Əməkdar artist Zemfira Sadıxova detib.
Sənətçi bildirib ki, Mədəniyyət Nazirliyi onu seçim qarşısında qoyub:
 "Ya Xalq Artisti, ya da Prezident təqaüdü, hansını istəyirsən? Təbii ki, mən Prezident təqaüdünü seçdim, çünki 250 manat pensiya ilə dolanmaq mümkün deyildi. Xalq artisti adı da qaldı. İndi isə heç kimə ad vermirlər. Mən 60 ildir ekrandayam, amma heç ev də ala bilmədim, indi də qızımın yanında yaşayıram".
"Mənə mədəniyyət naziri Adil Kərimli şəxsən dedi ki, artıq heç kəsə fəxri ad verilmir, bu sistem ləğv olunub", deyə Əməkdar artist bildirib.

Seçilən
5
47
nuh.az

10Mənbələr