AZ

Fransada tətil səbəbilə Parisdə uçuşlar ləğv edildi

Fransada tətil səbəbilə Parisdə uçuşlar ləğv edildi

Fransada paytaxt Paris başda olmaqla bir sıra şəhərlərdə hava limanı işçilərinin tətilə getməsi səbəbilə 3 və 4 iyul tarixlərində bəzi uçuşlar ləğv edilib.

Fransa Mülki Aviasiya Baş İdarəsi (DGAC) hava limanı işçilərinin tətili ilə əlaqədar olaraq hava yolu şirkətlərindən 3 və 4 iyul tarixlərində bəzi reysləri ləğv etmələrini istəyib.

DGAC-nin göstərişi əsasında 3 iyulda Paris bölgəsində yerləşən Paris Şarl de Qoll, Orli və Bovu hava limanlarında reyslərin 25%-i, Lion, Marsel, Montpellier, Ajaccio və Figari hava limanlarında 30%-i, Nitsa, Bastia və Kalvi hava limanlarında isə 50%-i ləğv edilib.

4 iyulda isə Paris Şarl de Qoll, Orli və Bovu hava limanlarında uçuşların 40%-i ləğv olunacaq.

Qeyd edək ki, hava hərəkətinə nəzarət xidməti əməkdaşları iş şəraiti və kadr çatışmazlığı kimi problemlərə diqqət çəkmək məqsədilə tətil keçirirlər.

Seçilən
32
22
afn.az

10Mənbələr