AZ

Emin Ağalarovun konserti təxirə salınıb

Xalq artisti Emin Ağalarovun 3 gün sonra – iyulun 6-da Rusiyanın Kalininqrad vilayətinin Svetloqorsk şəhərində keçiriləcək konserti təxirə salınıb.

Bu barədə “Emin_live” instaqram səhifəsində poster paylaşılıb.

Posterdə konsertin 5 iyul 2026-cı ilə təxirə salındığı bildirilib.

Alınmış biletlər həmin tarixdə keçiriləcək konsert üçün etibarlı olacaq, lakin zərurət yarandığı halda biletlər satış nöqtələrinə qaytarıla bilər.

Təxirə salınmanın səbəbi kimi ötən gün Rusiyada Emin Ağalarovun atası, milyarder Araz Ağalarov barəsində məhkəmə icraatının başlanması xəbəri ehtimal olunur.

Emin Ağalarovun rəsmi sosial media hesablarında bu barədə hələ ki, heç bir açıqlama verilməyib.

Seçilən
35
50
anews.az

10Mənbələr