AZ

İyul ayının sərin kimi keçməsinin səbəbi AÇIQLANDI

İyul ayı adətən ilin ən isti dövrlərindən biri hesab olunsa da, bu il havaların gözləniləndən xeyli sərin keçməsi cəmiyyətin və xüsusilə kənd təsərrüfatı sektorunun diqqətini çəkib.

Ekoloq Elçin Quliyev Demokrat.az-a açıqlamasında deyib ki, iyul ayında havaların normadan aşağı keçməsi əsasən qlobal iqlim dəyişiklikləri və atmosfer sirkulyasiyalarında baş verən pozuntularla bağlıdır:

“Son günlər Arktik mənşəli hava kütlələrinin Cənubi Qafqaza doğru hərəkət etməsi nəticəsində temperatur aşağı düşüb və qeyri-sabit hava şəraiti müşahidə olunur. Bu vəziyyət kənd təsərrüfatı üçün bir sıra çətinliklər yarada bilər. 

İstiliyi sevən bitkilərin pambıq, qarğıdalı, pomidor, badımcan kimi tərəvəzlərin inkişaf tempi zəifləyir. Temperaturun aşağı ziyanvericilərin və göbələk xəstəliklərinin artmasına səbəb olur. 

Əgər bu hava şəraiti uzun müddət davam edərsə, müəyyən bölgələrdə məhsul qıtlığı yarana bilər.”


Leyla Turan
Demokrat.az
Seçilən
17
40
demokrat.az

10Mənbələr