AZ

Fransada 200-ə yaxın hava reysi təxirə salınıb

Bakı. Trend:

Fransada hava limanı dispetçerlərinin tətilə çıxması iləəlaqədar İrlandiyanın “Ryanair” loukoster aviaşirkəti 170-dən çoxhava reysini təxirə salmağa məcbur olub. Yaranmış vəziyyət 30mindən çox sərnişinin səyahət planlarını alt-üst edib.

Trend bu barədəölkənin yerli KİV-lərinə istinadən məlumat yayıb.

Məlumata görə, təxirə salınmış hava reyslərinə Fransaya vəFransadan olan uçuşlar həmçinin, adıçəkilən ölkə üzərindən keçəntranzit uçuşlar (Britaniya, Yunanıstan, İspaniya və İrlandiyaya)daxildir.

“Ryanair” baş icraçı direktoru Maykl Oleri bu cür hallarıngələcəkdə, ələlxüsus da yay tətillləri dövründə baş verməməsi üçünAvropa İttifaqı Komissiyasının prezidenti Ursulan fon der LyayeniAİ hava nəqliyyatına nəzarət sistemində islahatların aparılmasıüçün vacib addımlar atmağa çağırıb.

"Fransa hava nəqliyyatı dispetçerlərinin daha bir tətilinəticəsində təyinat nöqtəsinə uçan təyyarələrin Fransa havaməkanından keçməsi zamanı uçuşların ləğv edilməsi və yagecikdirilməsi qəbuledilməzdir. Bu, məntiqə sığmır və Avropaİttifaqı sərnişinləri və tətilə gedən ailələr üçün açıq-aşkarədalətsizlikdir",- Maykl Oleri bildirib.

Məqalədə:
Seçilən
21
25
az.trend.az

10Mənbələr