11:00
Türkiyənin Ərzurum və Rize şəhərləri arasındakı ərazidə yüngül mühərrikli təyyarə qəzasında pilot Mehmet Demirci həlak olub.
“TRT Haber”ə görə, xilasedicilər itkin hesab olunan iki nəfəri tapıblar.
Rize valisi İhsan Selim Baydaşın sözlərinə görə, pilot ölüb, sərnişin isə sağ qalıb.
O qeyd edib ki, qəza yerli vaxtla dünən saat 18:18 radələrində olsa da, təyyarə səhər saat 06:24 radələrində tapılıb.
***
02 iyul 2025-ci il
22:19
Türkiyədə təyyarə qəzası olub.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Məlumata görə, hadisə Bayburt-Ərzurum şəhərləri arasındakı ərazidə qeydə alınıb. Hadisə zamanı təyyarədə olan iki nəfər itkin düşüb.
Əraziyə jandarm, xilasedicilər, təcili yardım maşınları cəlb olunub, axtarış-xilasetmə əməliyyatına başlayıb.
Yüngül mühərrikli təyyarənin qəzaya uğradığı ərazinin dəqiq müəyyən edilməsi üçün araşdırma aparılır.