Mingəçevirdə yolda təmizlik işləri ilə məşğul olan qadını avtobus vurub.
Avtosfer.az unikal-a istinadən xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Günəşli yaşayış massivi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Oğuz-Mingəçevir marşrutu ilə hərəkət edən sərnişin avtobusu yol süpürən Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin əməkdaşı Mətanət Hacıyevanı vurub. Müxtəlif bədən xəsarətləri alan qadın təcili xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma başlanıb.