Ukayna Prezidenti Vladimir Zelenskinin öz siyasətini sülh istiqamətində dəyişməsi üçün gec deyil.
Axar.az xəbər verir ki, bu barədə Macarıstan Baş naziri Viktor Orban X səhifəsində yazıb.
O, düz bir il əvvəl Kiyevə səfər etdiyini xatırladıb:
“14 saatlıq səfərdən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə mümkün atəşkəs və sülhün əldə olunması barədə danışıq apardıq. Hələ o zaman vaxtın onun tərəfində olmaması barədə xəbərdarlıq etdim.
Mən o vaxt ona xəbərdarlıq etmişdim ki, ruslar uzun sürən müharibəyə hazırlaşır, ABŞ-da ciddi dəyişikliklər gözlənilir və Avropa isə tükənmək üzrədir. Onda Zelenski bizi dinləmədi”.