AZ

"Napoli" PSV-nin yarımmüdafiəçisini transfer etmək istəyir

PSV-nin yarımmüdafiəçisi Noa Lanq "Napoli"yə keçəcək.

Operativ Media xəbər verir ki, bu haqda insayder Fabrizio Romano məlumat yayıb.

Məlumata görə, klublar müqavilənin demək olar ki, bütün detalları ilə bağlı razılığa gəliblər. Yalnız ödəniş şərtlərini razılaşdırmaq qalır.

Lanq 2023-cü ildən PSV-də çıxış edir. 2024/25 mövsümündə 26 yaşlı niderlandlı 44 oyun keçirib, 14 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun müqaviləsi 2028-ci ilin yayına kimi nəzərdə tutulub.

"Transfermarkt" oyunçunun dəyərini 25 milyon avro qiymətləndirir.

Seçilən
16
50
operativmedia.az

10Mənbələr