AZ

“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi 

Türk aktyor Şekip Taşpınar dünyasını dəyişib.

Modern.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.

O, məşhur “Kurtlar Vadisi” serialında “Cevat Akarsu” obrazı ilə tanınıb.

“Dəyərli aktyor Şekip Taşpınarı itirmək məni çox kədərləndirdi. İllər ərzində çox şey paylaşdıq. Hüzur içində yat, qardaş... Mekanın cənnət olsun”, - deyə aktyorun meneceri Temmuz Karıkutal bildirib.

Qeyd edək ki, Ş.Taşpınar “Beyaz Gelincik”, “Kurtlar Vadisi Pusu”, “Behzat Ç.”, “Bir Ankara Polisiyesi”, “Karadayı”, “Cesur Yürek”, “Arka Sokaklar”, “Teşkilat”, “Yürek Çıkmazı” və s. seriallarda rol alıb.

Seçilən
25
12
modern.az

10Mənbələr