AZ

“Krokus Qrup” şirkətinin prezidenti Ağalarova qarşı məhkəmə icraatı işlərinə başlanıldı

BAKI, 2 iyul. TELEQRAF

Federal Məhkəmə İcraçıları Xidməti "Crocus Group"un prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən işi icraatına başlayıb.

Teleqraf Rusiya saytlarına istinadən xəbər verir ki, proses iyunun 26-da başlayıb.

Bu gün yayılan informasiyaya görə, Moskvanın Presnenski Məhkəməsi mayın 7-də Moskva Metropoliteni iddiaçı qismində çıxış etdiyi icra sənədini təqdim edib.

İyunun 26-da Federal Məhkəmə İcraçıları Xidməti (FSSP) “Crocus Group” şirkətinin prezidenti Araz Ağalarova qarşı fərdi borcluların reyestrinə əsasən icra icraatına başlayıb.

Prosesin təfərrüatları məlum deyil.

Xatırladaq ki, Araz Ağalarov "Krokus Qrup"un təsisçisi və prezidentidir. O, Rusiyanın 200 ən varlı iş adamı - 2021-in reytinqinə daxil edilib.

Seçilən
14
32
teleqraf.com

10Mənbələr