AZ

Güclü partlayış: 2 ölü, 15 yaralı


Ukraynanın Jitomir vilayəti yaxınlığında magistral yolda iki partlayış baş verib.

News24.az xəbər verir ki, bu barədə Jitomir vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko Teleqram kanalında məlumat verib.

"M-06 beynəlxalq avtomobil yolunun Jitomir yaxınlığındakı Berezina kəndində iki partlayış baş verib. Təəssüf ki, iki nəfər ölüb, 15 nəfər yaralanıb", - o bildirib.

Qeyd olunub ki, hazırda hadisə yerinə təcili tibbi yardım qrupu cəlb olunub.

Partlayışın hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib./axar

Seçilən
24
50
news24.az

10Mənbələr