Ukraynanın Jitomir vilayəti yaxınlığında magistral yolda iki partlayış baş verib.
Axar.az xəbər verir ki, bu barədə Jitomir vilayət hərbi administrasiyasının rəhbəri Vitali Buneçko Teleqram kanalında məlumat verib.
"M-06 beynəlxalq avtomobil yolunun Jitomir yaxınlığındakı Berezina kəndində iki partlayış baş verib. Təəssüf ki, iki nəfər ölüb, 15 nəfər yaralanıb", - o bildirib.
Qeyd olunub ki, hazırda hadisə yerinə təcili tibbi yardım qrupu cəlb olunub.
Partlayışın hansı şəraitdə baş verdiyi barədə məlumat verilməyib.