ain.az, Avtosfer saytına istinadən bildirir.
Şəhər sakini alt paltarında avtomobili qaçıraraq qəza törədib. Avtosfer.az xəbər verir ki, Rusiyanın Saxalin şəhərində baş verən hadisənin görüntüləri təhlükəsizlik kamerası tərəfindən qeydə alınıb. Belə ki, iyulun 2-də alt paltarında olan şəhər sakini ona məxsus olmayan avtomobili qaçırıb. Bir müddət şəhər küçələrində avtomobil sürən şəxs Lenin meydanı ərazisində işıqforun qırmızı işığından keçib və az qala, piyada keçidində yaşlı qadını vursun. Lakin, avtomobili park edilmiş maşına vurub.
Yerli KİV-in məlumatına görə, alt paltarlı kişi polis əməkdaşları tərəfindən saxlanılıb. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə ilə bağlı araşdırma aparır.
Sözügedən hadisənin videosunu təqdim edirik:
Namiq Musayev
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.