AZ

AIDA və Kolumbiyanın Prezident Agentliyi arasında əməkdaşlıq müzakirə edildi - FOTO

Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəisi Elməddin Mehdiyev Maliyyələşdirmə üzrə Beynəlxalq Konfrans çərçivəsində Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyinin Baş direktoru Eleonora Betancur ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bununla bağlı E. Mehdiyev rəsmi “X” hesabında paylaşım edib.

Görüş zamanı AIDA və Kolumbiyanın Beynəlxalq Əməkdaşlıq üzrə Prezident Agentliyi arasında birgə təşəbbüslər, o cümlədən üçüncü ölkələrdə əməkdaşlıq imkanları, Cənub və Üçtərəfli əməkdaşlığın gücləndirilməsi istiqamətində müzakirələr aparılıb.






Bizim.Media

Seçilən
14
50
bizim.media

10Mənbələr