AZ

Qadınlar bizim güclü Türkiyə yolundakı dayağımızdır- Ərdoğan

BAKI, TurkicWorld

Türk Əsrini birlikdə quracağıq.

TurkicWorld xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiya Qadın Qolları Liderlik Akademiyası proqramında çıxış edərək qadınların ölkənin gələcəyindəki roluna xüsusi diqqət çəkib.

O, proqramın milli birlik və qadın liderliyi baxımından həyati əhəmiyyət daşıdığını bildirib.

“Biz bu akademiyaları sıradan təlimlər kimi deyil, Türkiyənin tarixi dönüşünə töhfə verəcək liderlərin yetişdiyi platformalar kimi görürük”, – deyə Ərdoğan qeyd edib. O, Qəzza qadınlarının fədakarlığını da xüsusi vurğulayaraq onları “müqavimət dastanı yazan qəhrəmanlar” kimi qiymətləndirib.

Ərdoğan qadınların həyatın hər sahəsində aktiv iştirakını dəstəklədiklərini xatırladaraq, təhsil və işçi qüvvəsində iştirak göstəricilərinin artırıldığını, qadın deputatların sayının əhəmiyyətli dərəcədə artdığını bildirib.

“Qadınlara qarşı zorakılığa sıfır dözümlülük prinsipi ilə mübarizə aparmışıq. KADES və elektron bilərzik sistemləri ilə onların təhlükəsizliyini təmin etmək üçün ciddi addımlar atmışıq”, – deyə o vurğulayıb.

Qeyd edək ki, Ərdoğan çıxışında AK Partiyanın əsas məqsədinin “böyük və güclü Türkiyə” qurmaq olduğunu və qadınların bu yolda əsas sütunlardan biri kimi gördüklərini bildirib.

Seçilən
12
50
turkic.world

10Mənbələr