AZ

Qazaxıstan qeyri qanuni miqrasiya üzərində nəzarəti gücləndirir

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Astana, 2 iyul, AZƏRTAC

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə keçirilən ölkənin Təhlükəsizlik Şurasının iclasında daxili və xarici miqrasiya sahəsində aparıcı tendensiyalar müzakirə olunub.

AZƏRTAC Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, Kasım-Jomart Tokayev iclasda miqrasiya sahəsindəki siyasəti reallaşdırarkən geosiyasi faktor və çağırışların, demoqrafik proqnozların, əhalinin yaşayış yerini dəyişməsinin motivlərinin nəzərə alınmasının vacibliyini vurğulayıb.

Prezident, həmçinin qeyd edib ki, qanunsuz miqrasiyanın qarşısının alınmasına, o cümlədən ölkənin insan kapitalının artırılmasının stimullaşdırılmasına nəzarətin təmin edilməsi mühüm məsələdir.

İclasın sonunda hökumətə konkret tapşırıqlar, o cümlədən dövlət orqanlarının funksionallığına yenidən baxmaq və təhlil etmək, həmçinin miqrasiya sahəsində bütün informasiya sistemlərinin inteqrasiyasının sürətləndirilməsi ilə bağlı göstərişlər verilib.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
4
azertag.az

10Mənbələr