ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“Münaqişə, gərginlik və qarşıdurmalar heç bir dövlətə fayda gətirmir. Bu baxımdan, Rusiyanın gərginlik yaratması, müəyyən təxribatçı hərəkətlərə yol verməsi ilk növbədə onun özü üçün ziyanlıdır və bu dövlətin imicinə, beynəlxalq aləmdəki nüfuzuna böyük zərbədir. Çünki Rusiya bu təxribatçı hərəkətləri təkcə Azərbaycana qarşı etmir. Ukraynada müharibə aparır, qeyri-rus millətlərə qarşı aqressiv davranışlara yol verir, insanları qanunsuz olaraq həbs edir, hətta qətl törədir. Belə hadisələr olmamalıdır. Rusiyanın hakim dairələri bu barədə ciddi tədbirlər görməlidir”.Bunu Demokrat.az-a açıqlamasında deputat Tahir Rzayev deyib. O bildirib ki, Azərbaycan müstəqil dövlətdir və öz soydaşlarımızın hüquqlarını qorumalıdır, bu istiqamətdə də beynəlxalq hüququn normalarına əsaslanaraq tədbirlər həyata keçirilir:“Ölkəmiz güclüdür, istənilən təxribata cavab verməyə hazırdır. Rusiya elə zənn etməsin ki, Azərbaycan ondan asılıdır və soydaşlarımıza qarşı törədilən hadisəyə biganə qalmalıdır. Azərbaycan heç vaxt gərginliyin tərəfdarı olmayıb. Rusiya ilə qonşuluq əlaqələrini, münasibətləri yaxşılaşdırmaq tərəfdarıdır. Bu, sözdə yox, əməldə həyata keçirilir. Ölkəmizdə yaşayan ruslar üçün hər cür şərait yaradılıb. Ona görə də Rusiya, Azərbaycanla münasibətlərin yaxşılaşması üçün həmin hüquq-mühafizə işçilərinə qarşı ciddi tədbirlər görməlidir”.Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.