Türkiyənin Mərmərə bölgəsində 4,3 bal gücündə zəlzələ baş verib.
Ölkə.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat verib.
Bildirilib ki, zəlzələnin episentri Bursanın Gemlik rayonudur, ocağı isə 13 kilometr dərinlikdə yerləşib.
Bundan əlavə yeraltı təkanlar İstanbulda da hiss olunub.
Həmidə İbrahimova