AZ

Azərbaycana səfər edən rusiyalılara xəbərdarlıq edildi Zaxarova danışdı

ain.az, Sitat.info portalına istinadən məlumat verir.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycana səfər edən rusiyalılara xəbərdarlıq edib.

Sitat.info "RBK"-yə istinadən xəbər verir ki, nazirliyin sözcüsü Mariya Zaxarova brifinqdə bildirib ki, Azərbaycana səfər edən və ya ora getməyi planlaşdıran rusiyalılar mövcud vəziyyəti diqqətlə nəzərdən keçirməlidirlər.

Zaxarova bu barədə ətraflı məlumat yayacaqlarını bildirib.

Zaxarovanın sözlərinə görə, iyulun 1-də xarici işlər nazirinin müavini Mixail Qaluzin iki ölkə arasında münasibətlərin qəsdən pozulması və Azərbaycan təhlükəsizlik qüvvələrinin Rusiya vətəndaşlarına qarşı hərəkətləri ilə bağlı azərbaycanlı diplomata kəskin etirazını bildirib. O, Moskva Bakını münasibətləri strateji müttəfiqlik səviyyəsinə qaytarmağa çağırıb.

Əlisahib

Sitat.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
50
sitat.info

10Mənbələr