Türkiyəli məşhur aktyor Kənan İmirzalioğlunun yeni layihəsi bəlli olub.
“Cebheinfo.az” xəbər verir ki, sevilən aktyor “Abi” serialında çəkiləcək.
O, yeni mövsümdə “ATV”-də başlayacaq ekran işində baş rolu canlandıracaq. “OGM Prokadşın” tərəfindən çəkiləcək serialın ssenaristləri isə Eylem Canpolat, Deniz Gürlek, Melih Özyılmaz və Melek Sevendir. Layihənin rejissoru və digər aktyorları isə hələlik bilinmir.