Sankt-Peterburqda yaşayan 13 yaşlı Azərbaycan vətəndaşı ailəsi ilə birlikdə Rusiyadan deportasiya edilib.
"Unikal" xəbər verir ki, buna səbəb yeniyetmənin qonşusu ilə mübahisə etməsi olub.
Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin mətbuat xidməti məlumatı təsdiq edib.
Qeyd olunub ki, iyunun 30-da Nevski rayon polisinə xəstəxanadan 16 yaşlı yeniyetmənin döyülməsi barədə məlumat daxil olub: "Onlar sosial şəbəkədə mübahisə ediblər, daha sonra problemi şəxsən həll etmək qərarına gəliblər və görüşüblər. Miqrant görüşə iki dostu ilə gəlib. Özünü azlıqda görən zərərçəkmiş yeniyetmə döyülüb, digərləri isə qaçıblar.
Cinayət-axtarış əməkdaşları azərbaycanlını və atasını dindirilmək üçün polis bölməsinə aparıblar. Azyaşlının ailəsinə qarşı miqrasiya tədbirləri görülüb: münaqişə iştirakçısı, onun valideynləri, qardaşı və bacısı Rusiyadan qovulub".
Ağarza Elçinoğlu