AZ

İran MAQATE ilə əməkdaşlığını dayandırdı

ain.az, Bakupost portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin Atom Enerjisi üzrə Beynəlxalq Agentlik ilə (MAQATE) əməkdaşlığının dayandırılması barədə fərman verib.

Bakupost.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

“Pezeşkian MAQATE ilə əməkdaşlığı dayandırmaq barədə fərman verib", -deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, iyunun 29-da İranın BMT-dəki daimi nümayəndəsi Əmir Səid İrəvani Tehranın MAQATE ilə əməkdaşlığının bərpasının mümkünlüyünü açıqlamışdı. Onun sözlərinə görə, beynəlxalq agentlik öz öhdəliklərini layiqincə yerinə yetirməyə başlasa, bu, reallığa çevriləcək.

Lalə,

Bakupost.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
50
www.bakupost.az

10Mənbələr