ŞUŞA, 2 iyul. TELEQRAF
Bu il Ələt Azad İqtisadi Zonasında iki yeni fabrikin açılması planlaşdırılır. Artıq on şirkət qeydiyyat prosesindədir.
Teleqraf-ın Şuşaya ezam olunmuş Ələt Azad İqtisadi Zonasının səlahiyyətli qurumunun idarə heyətinin sədr müavini İsmayıl Manafov bu gün Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Biznes Forumunda çıxışı zamanı bildirib.
O qeyd edib ki, investorlarla razılaşmaya əsasən Ələtdə multimodal karqo hava limanının yaradılması planlaşdırılıb. Layihənin icrasına artıq başlanılıb və hava limanının 2026-cı ildə fəaliyyətə başlaması nəzərdə tutulur.